Brüsseldə spirtli içkilərlə bağlı qadağa

Brüsseldə spirtli içkilərlə bağlı qadağa

Brüsseldə spirtli içki satışına qadağa qoyulub

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Belçikanın paytaxtı Brüsselin mərkəz bölgəsindəki bəzi prospekt və küçələrdə gecə yarısından səhərə qədər spirtli içki satışına qadağa gətirən qanun qüvvəyə mindi.

Brüssel Bələdiyyə Məclisi tərəfindən yanvarda verilən qərar fevralın 1-dən paytaxtda tətbiq olunmağa başlanıb. Qadağa əsasən Anspax bulvarı (Boulevard Anspach), Fəvvarələr (Place Fontanais), Bruker (Place De Brouckere), Monye meydanları (Place de la Monnaie), Midi (Rue du Midi), Fripye (Rue des Fripiers) və Al (Rue des Halles) küçələrini əhatə edəcək.  Bu bölgələrdə gecə yarısından səhərə qədər kim spirt satarsa, 350 avro cəzalanacaq.

Bu qadağa qərarı adı çəkilən bölgələrdəki kafe və restoranlarla bələdiyyənin təşkil etdiyi idman və festival kimi tədbirləri əhatə etmir.

Qərarın verilməsinin səbəbinin bölgələrdə spirtli içki içənlərin yaratdıqları təhlükəli vəziyyət və səs-küylə bağlı şikayətlər olduğu bildirilir.

Bələdiyyə bu qərarı 6 ay icra edəcək. Nəticələrə görə, qərar ya uzadılacaq, ya da ləğv ediləcək.

Xəbəri paylaş

VİDEOLAR