Britaniyanın kral ailəsi şokdadır

Britaniyanın kral ailəsi şokdadır

Harry və Meqanın krallıq vəzifələrindən uzaqlaşmaq qərarı kral ailəsini şok vəziyyətə salıb

Rasthaber Azərbaycan "VOA"ya istinadən xəbər verir ki, kral mənbəsinin bildirdiyinə görə, şahzadə Harri və həyat yoldaşı Meqanın vəzifələrindən geri çəkiləcəklərini və Şimali Amerikada daha çox vaxt keçirəcəkləri barədə təəccüblü açıqlaması Britaniyanın kral ailəsini iməyus edib.

İnstaqramdakı açıqlamada Harry və Meqanın krallıq vəzifələrindən uzaqlaşmaq qərarı kral ailəsini şok vəziyyətə salıb. Belə ki, onlar nə kraliça Yelizaveta, nə də Britaniya taxtının varisi şahzadə Çarlzdan bu haqda məsləhət alıb.

Mənbə 1952-ci ildə kraliça olandan bəri həyatını monarxiyanın ictimai həyatına həsr edən Yelizaveta və ailənin digər üzvlərinin belə bir qərara görə məyus olduqlarını deyib.

"Biz bu il bu quruluş daxilində yeni, mütərəqqi bir rol oynamağa başlayaraq, keçid etməyi seçdik" - deyə, Harry və Meqan öz açıqlamasında bildirib.

"Biz kral ailəsinin artıq yetişkən üzvləri olaraq, geri addım atmaq və maddi cəhətdən müstəqil olmaq üçün çalışırıq", onlar əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR