Britaniyadan Gürcüstana qayıdan şəxslər məcburi karantinə alınacaq

Britaniyadan Gürcüstana qayıdan şəxslər məcburi karantinə alınacaq

Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun sürətlə yayılması ilə əlaqədar Gürcüstan son 14 gündə adıçəkilən ölkəyə səyahət tarixçəsi olan bütün vətəndaşları karantinə alacaq.

Rasthaber Azərbaycan APA-ya istinadən xəbərinə görə, bu barədə Baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Bildirilib ki, Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun sürətlə yayılması ilə əlaqədar bu ölkədən qayıdan bütün Gürcüstan vətəndaşları, eləcə də xarici ölkə vətəndaşları Gürcüstanda 12 gün müddətinə məcburi karantində saxlanılacaqlar.

Xəbəri paylaş

VİDEOLAR