Britaniya sınaqdan keçirilməmiş koronavirus vaksinlərinin istehsalına başlayacaq

Britaniya sınaqdan keçirilməmiş koronavirus vaksinlərinin istehsalına başlayacaq

Böyük Britaniya gələn həftə koronavirusa qarşı kliniki sınaqdan keçirilməmiş vaksinlərin istehsalına başlayacaq.

Trend-in məlumatına görə, bunu Oksfordda yerləşən Cenner İnstitutunun direktoru Adrian Hill deyib.

O bildirib ki, bu addımın məqsədi sentyabr ayınadək bir milyon doza vaksin hazırlamaqdır. İstehsalla yanaşı vaksinin sınaqları da keçiriləcək.

Mütəxəssis vaksinlərin 80 faiz uğurlu olacağını ehtimal edir.

Vaksinin hazırlanması üçün Böyük Britaniya hökuməti tərəfindən 2 milyon funt sterlinqdən çox vəsait ayrılıb.

Xəbəri paylaş

VİDEOLAR