Britaniya nazirindən HƏMAS-la atəşkəs açıqlaması

Britaniya nazirindən HƏMAS-la atəşkəs açıqlaması

Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verən İngiltərə Xarici İşlər Naziri David Kameron deyib: "Qəzzada 40 günlük atəşkəs üçün məhbusların azad edilməsi müqabilində səxavətli bir təklif var".

Az.rasthaber.com xəbər verir ki, Kameron deyib:

"Girovlar azad edilənə qədər bu münaqişə bitməyəcək".

“Mən hesab edirəm ki, HƏMAS rəhbərliyi və İsrailə qarşı 7 oktyabr hücumuna görə məsuliyyət daşıyanlar Qəzzanı tərk etməli və iki dövlətli həll üçün siyasi perspektiv yarada bilməlidirlər”.

Kameron bildirib ki, HƏMAS-a təqdim edilən təklifə 40 günlük müvəqqəti atəşkəs və İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

Britaniyalı nazir daha sonra deyib:

"Ümid edirəm ki, Həmas bu sövdələşməni qəbul edər və düzünü desəm, dünyanın bütün təzyiqləri və gözləri bu gün HƏMAS-ın üzərində olmalı, onlara “bu təklifi qəbul edin” deməlidir".

Xəbəri paylaş

VİDEOLAR