Britaniya Müdafiə Nazirliyi səhvən Maliyə hipersəs silahlarının hazırlanması ilə bağlı hesabat göndərib

Britaniya Müdafiə Nazirliyi səhvən Maliyə hipersəs silahlarının hazırlanması ilə bağlı hesabat göndərib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Bamako və Moskva arasında münasibətlərin möhkəmlənməsi fonunda səhvən Mali domenlərində məxfi məlumatları ehtiva edən e-poçt göndərib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Böyük Britaniyanın hərbi idarəsi aşkarlanan məlumatlara görə daxili araşdırmaya başlayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniya Müdafiə Nazirliyi Pentaqondakı həmkarları ilə əlaqə saxlayarkən təsadüfən ABŞ müdafiə strukturlarının yazışmalarında istifadə olunan .mil domeninin əvəzinə Malinin ölkə identifikatoru olan .ml domenini göstərən məktublar göndərib.

Qəzet aydınlaşdırıb ki, bu məktubların əksəriyyəti Böyük Britaniyanın təhlükəsizliyinə təhlükə yaradan məlumatlardan ibarət deyil, krallığın Müdafiə Nazirliyi və ya Xarici İşlər Nazirliyi əməkdaşlarının bayram günləri ilə bağlı məlumatlardan ibarətdir. Bununla belə, səhvən göndərilən məktublar arasında Britaniyanın hipersəs silahları ilə bağlı araşdırmalarının təfərrüatlı təsvirlərini ehtiva edən məktublar da var, "The Times" əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR