Braziliya Prezidentindən Netanyahuya SƏRT CAVAB

Braziliya Prezidentindən Netanyahuya SƏRT CAVAB

Braziliya prezidenti Luiz İnasio Lula da Silva sionist İsrailin Qəzzə hücumlarını "Nasist Holokostu" ilə müqayisə edən şərhini geri götürmək tələbinə "Mən öz şərəfimdən əl çəkməyəcəyəm" deyərək, Tel-Əviv rəhbərliyinin soyqırım törətdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Braziliya lideri sosial media hesabından verdiyi açıqlamada sionist İsrailin Qəzzə hücumlarını nasist Holokostu ilə müqayisə edərək şərhlərini geri götürməsi çağırışına açıq şəkildə işarə edib:

"Yalan danışaraq şərəfimi itirə bilmərəm".

"Necə ki, həbsxanada olarkən həbsdən çıxmağımla bağlı heç bir razılaşmanı qəbul etməyəcəyimi və azadlığımı ləyaqətim üçün alver etmədiyimi, yalana görə namusumdan əl çəkməyəcəyimi söylədim. Mən azad və suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarıyam. Qoy bu Fələstin dövləti İsrail dövləti ilə harmoniyada yaşasın. İsrail hökumətinin etdiyi müharibə deyil, soyqırımdır. Uşaqlar və qadınlar öldürülür".

Xəbəri paylaş

VİDEOLAR