Braziliya prezidenti Fələstin xalqına qarşı törədilənləri soyqırım adlandırıb

Braziliya prezidenti Fələstin xalqına qarşı törədilənləri soyqırım adlandırıb

Braziliya prezidenti Luis İnasiu Lula da Silva İsrailin Qəzza sektoruna qarşı hücumlarını sərt tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, o, Fələstin xalqına qarşı törədilənləri soyqırımı adlandırıb.

Qəzzada baş verənlər soyqırımdır. (İsrail) müharibəyə heç bir aidiyyatı olmayan qadınları və uşaqları qətlə yetirir. Onları aclıqla öldürürlər. Orada heç elə-belə də gəzişmək olmaz – (İsrail əsgərləri) adamı öldürə bilərlər. Kadrlar var, iki uşaq yemək bişirmək üçün un daşıyarkən (İsrail hücumu) nəticəsində öldürülüblər“, – deyə o qeyd edib.

O, həmçinin yəhudilərin keçmişdə öz başına gələnlərin fonundakı belə hərəkət etməsi ilə bağlı təəccübünü də ifadə edib.

İsrailin ünvanına olan istənilən ittihamı “antisemitizm” adlandırırlar. (Yəhudilərin) artıq özlərinə bəraət qazandırmaq üçün qurban statusundan istifadə etməsinə son qoymağın zamanıdır“, – deyə o bildirib.

Da Silva daha öncə İsrailin həkimləri qətlə yetirməsinə də etiraz edərək bu hücumları biabırçıq və qorxaqcasına hücumlar adlandırmışdı və İsrailin müdafiəsin dinc fələstinlilərə qarşı müharibə vəhşi və qeyri-insani bir müharibə apardığını vurğulamışdı.

Xəbəri paylaş

VİDEOLAR