İran Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: İsrailin soyqırımını normallaşdırmaq bu gün dünyanın ən qaranlıq faciəsidir və sionist rejimin cinayətlərinin tərəfdarları və haqq qazandıranları İsrailin cinayətlərində şərik və ortaqdırlar.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X hesabında yazıb: Hətta Almaniya parlamentinin nümayəndəsinin formasının üzərindəki “Fələstin” sözünün belə dözülməz görünməsi müstəqil Fələstin dövlətinin qurulmasını dəstəklədiyini iddia edənlərin sistemli ikiüzlülüyünün bariz göstəricisidir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İsrailin soyqırımının normallaşdırılması bu gün dünyanın ən qaranlıq faciəsidir və sionist rejimin cinayətlərinin tərəfdarları və haqq qazandıranları İsrailin cinayətlərində şərik və ortaqdırlar.