İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin Qəzza zolağında davam edən cinayətlərinə toxunaraq bildirdi: beynəlxalq ictimaiyyət heç bir şəkildə öz məsuliyyətlərini yerinə yetirə bilmədi və Təhlükəsizlik Şurası ABŞ-nin davamlı əngəlləmələri səbəbindən, soyqırımın dayandırılmasını tələb edən sadə bir qətnaməni belə qəbul etməkdə aciz qalıb.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, bu gün – bazar ertəsi, avqustun 4-də keçirdiyi mətbuat konfransında diplomatik qurumun ötən həftəki əsas mövqelərini və hadisələrini jurnalistlərlə bölüşdü.
Nazirlik sözçüsü regiondakı vəziyyətlə bağlı dedi: “Hadisələr hələ də çox axıcı və sürətlidir. Ən mühüm xəbər mövzusu və eyni zamanda, 21-ci əsr üçün mənəvi bir ayıbdır – Qəzzadakı dəhşətli olaylardır. Qəzza eyni zamanda həm ABŞ və bəzi Qərb ölkələrinin, o cümlədən Almaniyanın bağışladığı silahlarla bombalanır və qırğınlara məruz qalır, həm də aclıq, susuzluq və dərman çatışmazlığı ilə üz-üzədir. Hər gün və hər an, süni aclıq, blokada və elementar ehtiyacların olmaması səbəbilə həyatını itirən günahsız insanların sayı artır.”
O əlavə etdi: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası belə, ABŞ-nin davamlı sabotajları səbəbindən nə soyqırımın dayandırılmasını tələb edən, nə də müdafiəsiz Fələstin xalqına yardım çağırışı edən ən sadə qətnaməni belə qəbul edə bilmir.”
İran BAEA ilə bağlı: Hazırda ölkədə heç bir müfəttiş yoxdur
Bəqayi həmçinin vurğuladı ki, hazırda Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən İranda heç bir müfəttiş yoxdur. O qeyd etdi: “Agentliklə əməkdaşlıq tamamilə İran İslam Şurası Məclisinin sonuncu qərarına əsaslanmalıdır. Hökumət və Xarici İşlər Nazirliyi özlərini bu qərar əsasında BAEA ilə qarşılıqlı münasibətləri tənzimləməyə borclu sayırlar.”
İstənilən potensial danışıqlarda və ya müzakirədə ABŞ-ın məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsi məsələsi, şübhəsiz ki, gündəmin əsas məsələlərindən biri olacaq.
İran Xarici işlər nazirinin təzminat almaq təklifi və bunun səbəbləri ilə bağlı XİN sözçüsü deyib: Doktor Əraqçi vurğulayıb ki, gələcək qarşılıqlı fəaliyyət və danışıqlar (şərtlər yerinə yetirilərsə) 13 iyuna qədər olan şərtlərdən mütləq fərqli olacaq. Şərtlər kəskin şəkildə dəyişib və istənilən potensial danışıqlarda və ya müzakirələrdə İranın dinc nüvə obyektlərinə qarşı hərbi təcavüzə görə ABŞ-nin məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsi, şübhəsiz ki, gündəmin əsas məsələlərindən biri olacaq.