İsrailin fələstinlilərə qarşı Microsoft platformasından sui-istifadə etməsi ifşa olunub

İsrailin fələstinlilərə qarşı Microsoft platformasından sui-istifadə etməsi ifşa olunub

İngiltərənin “The Guardian” qəzeti İsrail ordusunun 8200-cü bölməsindəki mənbələrə istinadən bildirib ki, Microsoft-un Azure bulud platforması məlumatlarından İordan çayının qərb sahilinin sakinləri haqqında geniş məlumat bazası kimi istifadə olunub.

Az.rasthaber.com xəbər verir ki, həmin mənbələr bu məlumatların insanları şantaj etmək, həbs etmək və ya qətlinə haqq qazandırmaq kimi məqsədlər üçün istifadə edildiyini vurğulayıb.

Həmçinin bu məlumatların İsrailin Qəzza və İordan çayının qərb sahilinə hərbi hücumlarının planlaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Bu hesabata cavab olaraq, Microsoft sözçüsü iddia etdi ki, şirkətin İsrail ordusunun 8200-cü bölməsində saxlanan məlumatların növü haqqında məlumatı yoxdur.

Xəbəri paylaş

VİDEOLAR