Kəlbəcər rayonu ərazisində hərbi yük avtomobili işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılan minaya düşüb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən baş verib.
Partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.