Bəqayi: ABŞ bazasına hücum qanuni özünümüdafiə çərçivəsində idi

Bəqayi: ABŞ bazasına hücum qanuni özünümüdafiə çərçivəsində idi

İranın Əl-Udeyddəki ABŞ bazasına raket hücumları ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X rəsmi hesabında açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Bəqayi bildirib:

“İranın Əl-Udeyddəki ABŞ bazasına raket hücumu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, 22 iyun 2025-ci ildə ABŞ-ın İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi hücumuna qarşı qanuni müdafiə hüququ çərçivəsində həyata keçirilib”.

Bəqayi bu müdafiə hərəkətinin heç bir şəkildə dost və qonşu ölkə Qətərə qarşı həyata keçirilmədiyini vurğulayaraq, İranın Qətərlə köklü və dostluq əlaqələrinə sadiq olduğunu vurğulayıb.

Bəqayi həmçinin deyib: İran Qətər və digər qonşu ölkələrlə həmişə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiq qalıb.

Xəbəri paylaş

VİDEOLAR