İranın Xarici İşlər Nazirliyinin sözçüsü bəzi KİV-lərin xəbərlərinə cavab olaraq deyib: İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin boşaldılması xəbəri doğru deyil.
Az.rasthaber.com xəbər verir ki, İsmail Bəqayi bəzi KİV-lərin xəbərlərinə cavab olaraq vurğulayıb ki, İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin boşaldılması xəbəri doğru deyil və İran İslam Respublikasının səfirliyi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, dünən (cümə) bəzi xəbərlərdə və mediada Suriyadakı son hadisələrin ardınca İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin təxliyyə edilməsi barədə xəbərlər yayılıb.