İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü kimi İranın gözləntiləri bəzi ölkələrin təzyiqləri və siyasi mülahizələrindən uzaq, müstəqil, peşəkar yanaşmadır.”
Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqai 13 noyabr çərşənbə günü axşam saatlarında İRNA-nın xarici siyasət üzrə müxbiri ilə müsahibədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfəri haqqında deyib: “İran İslam Respublikasının “NPT”yə sadiq və dinc nüvə proqramına malik bir ölkə kimi gözləntisi budur ki, agentliyin müstəqil və peşəkar yanaşması olsun, İranla bağlı təzyiqlərdən və siyasi mülahizələrdən uzaq olsun.”
İranın XİN-nin sözçüsü əlavə edib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoruna evsahibliyi etmək, İran İslam Respublikasının müvafiq beynəlxalq qayda və konvensiyalarda qeyd olunan öhdəlik və vəzifələr əsasında agentlik ilə əməkdaşlığı davam etdirmək yanaşmasının bariz göstəricisidir.”
Bəqai bildirib: “Eyni zamanda, agentlik üzvlərinin bəzilərinin gətirə biləcəyi təzyiqlərdən asılı olmayaraq, qurumun texniki fəaliyyətini siyasi atmosferdən uzaqda davam etdirəcəyini, müəyyən edilmiş vəzifələr çərçivəsində işləyəcəyini gözləyirik.”