Böyük Britaniya Ukraynadan imtina etdi

Böyük Britaniya Ukraynadan imtina etdi

Rusiya hakimiyyətinin sərt xəbərdarlıqlarından və bəzi Qərb rəsmilərinin narahatlığından sonra Britaniyanın baş naziri müdafiə nazirinin hətta ukraynalılara təlim keçmək üçün Ukraynaya Britaniya qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarını rədd edib.

Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak müdafiə nazirinin bəyanatını rədd edərək, Ukraynadakı müharibədə iştirak etmək üçün heç bir ingilis əsgərinin göndərilməyəcəyini iddia edib.

Rişi Sunak bəyan edib ki, “indiki müharibədə heç bir ingilis əsgəri döyüşməyə göndərilməyəcək”. O əlavə edib ki, ukraynalı əsgərlərin britaniyalı təlimatçılar tərəfindən hazırlanması ideya kimi mümkündür, lakin bu, indi və indiki məqamda deyil.

Xəbəri paylaş

VİDEOLAR