Borrelldən Qəzza etirafı: Bu ən böyük peşmanlığımdır!

Borrelldən Qəzza etirafı: Bu ən böyük peşmanlığımdır!

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell 5 illik səlahiyyət müddətində "ən böyük təəssüfünün" Netanyahunun Qəzzada hərəkətlərinin qarşısını ala bilməməsi olduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə Amerika Evində təşkil edilən konfransda danışan Borrell, AB-nin İsrailə təsir edə bilməyəcəyini və "tək bir ölkə üzündən bu mövzuda birləşə bilməyəcəyini" ifadə edib.

“Mənim ən böyük peşmanlığım Netanyahunun Qəzzada etdiklərinin qarşısını ala bilməməyim idi”, - deyən Borrel, Aİ-nin İsrailə qarşı tək səs olmamasının nəticələrinin olduğunu vurğuladı:

"Birlik olmadan Aİ-nin heç bir əhəmiyyəti yoxdur. Qəzza münaqişəsindəki parçalanmalarımız burada oyunçu olmağımıza mane oldu. Ukraynada birlik bizə vacib oyunçu olmağa imkan verdi.".

Borrell bildirib:

"Qəzza bölündükdə əsas geosiyasi aktor ola bilməyəcəyimizin ən böyük sübutudur. Əgər Ukraynada suyun və qidanın kəsilməsini müharibə cinayəti kimi pisləyiriksə, Qəzzada da eyni şeyi etməliyik".

Xəbəri paylaş

VİDEOLAR