Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında bildirib.
Onun sözlərinə görə, İran XİN rəhbəri ilə Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.