Borrel: Qəzzada ərzaq vəziyyəti ən pis həddə çatıb

Borrel: Qəzzada ərzaq vəziyyəti ən pis həddə çatıb

Avropa İttifaqının xarici siyasət komissarı Josef Borrel bazar günü xəbərdarlıq edib ki, işğalçı İsrailin əməliyyatları davam edərkən Qəzza zolağında ərzaq qıtlığı ən pis həddə çatıb.

 


Jozef Borrel vurğulayıb: “Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzaya yardım çatdırılması ilə bağlı İsrailə göstəriş verib. Bu icrası zəruri olan bir əmrdir”.

Bu açıqlama elə bir şəraitdə səsləndirilib ki, HƏMAS hökumətinin Qəzzadakı informasiya bürosunun rəhbəri Salama Maruf bu bazar günü xəbərdarlıq edib ki, işğalçı İsrailin Rəfah keçidini bağlamağa davam etməsi Kərəm Əbu Səlim keçidindən humanitar yardım daşıyan yük maşınlarının ölkəyə daxil olmasına mane olur
və nəticədə Qəzza zolağı tam mühasirədə saxlanılır.

 

Xəbəri paylaş

VİDEOLAR