ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri bu gün deyib: "İran, Çin, Rusiya, Şimali Koreya və bir neçə başqa ölkələr müxtəlif sahələrdə münasibətlərini gücləndirərək bizi təhdid edir, biz isə boş otururuq!"
Qeyd edək ki, Tehran və Ər-Riyad Çinin vasitəçiliyi ilə baş tutan bu böyük nailiyyət zamanı səfirliklərini yenidən açacaqlarını açıqlayıblar.
Bu xəbərdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Bolton iddia edib: "Bu onu göstərir ki, Səudiyyə Ərəbistanı Rusiya və Çinlə əlaqələrini itirmək istəmir, çünki Ər-Riyadın nəzərində Amerikanın İran ilə mübarizədə kifayət qədər gücü yoxdur."
O sözlərinə əlavə olaraq deyib ki, çinlilərin konkret strategiyası var və ona əməl edir, amma biz Amerikada hər gün budaqdan budağa tullanırıq.