Boliviya: İsrailin Rəfaha hücumu hərbi cinayətidir

Boliviya: İsrailin Rəfaha hücumu hərbi cinayətidir

Beynəlxalq Ədalət Məhkəməsi Fələstin xalqına qarşı hücumların dayandırılması ilə bağlı hökm çıxarsa da, sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlər və Rəfah şəhərinə hücumları davam edir.


Boliviya prezidenti Luis Alberto Arce Katakura işğalçı İsrailin Qəzza zolağının cənubunda yerləşən Rəfahda fələstinli qaçqınlara qarşı hücumlarını müharibə cinayəti kimi qiymətləndirib.

Luis Alberto Arke “X” (keçmiş Tvitter) sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Biz İsrailin onlarla fələstinli mülki şəxsin ölümü ilə nəticələnən Rəfahı bombalamasını pisləyirik”.

“Sputnik” xəbər agentliyinin məlumatına görə, o, bunu belə izah edib: “Bu, İsrail ordusu tərəfindən törədilən yeni dəhşətli və izah edilməsi mümkün olmayan hərbi cinayətdir!”

Xəbəri paylaş

VİDEOLAR