Boko Haram yenə hücum etdi: Ölənlər var

Boko Haram yenə hücum etdi: Ölənlər var

Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haramın törәtdiyi hücum nәticәsindә 7 nәfәr hәlak olub.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barәdә yerli mәtbuat orqanlarının yaydığı xәbәrlәrdә qeyd olunub. Mәlumata görә, hücum Maidiquri-Damaturu magistral yolunda törәdilib.

Hücum zamanı yeddi nәfәr hәlak olub, çox sayda adam da xәsarәt alıb.

Qeyd edәk ki, Boko Haram tәşkilatının 2009-cu ildәn bәri Nigeriyada törәtdiyi hücumlar nәticәsindә 20 mindәn çox adam hәlak olub.

Tәşkilatın Çad Gölü hövzәsindә törәtdiyi hücum nәticәsindә azı 2 min adam hәlak olub, 3 milyon adam da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Xəbəri paylaş

VİDEOLAR