“Boko Haram” silahlıları Nigeriyada 30 çobanı oğurlayıb

“Boko Haram” silahlıları Nigeriyada 30 çobanı oğurlayıb

“Boko Haram” terrorçuları Nigeriyanın şimal-şərqində qruplaşmasının 30 çobanı qaçırıb, sonra onların azadlığa buraxılması üçün pul tələb ediblər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə “Agency France Press” məlumat yayıb.

Mayın 31-də silahlı döyüşçülər qayıqlardan istifadə edərək Çad gölünün sahilindəki üç kəndə daxil olublar.

Terrorçular evlərə soxularaq Fulani qəbiləsinə mənsub 30 kişi və qadını özləri ilə aparıblar. Onlar girovların ailələrinə ismarıc yazaraq azadlığa çıxmaları üçün 20 milyon Nigeriya nayr (43 min ABŞ dolları-red) toplamalarını tələb ediblər.

Xəbəri paylaş

VİDEOLAR