BMT: Yəməndəki qaçqınların 64%-nin gəlir mənbəyi yoxdur

BMT: Yəməndəki qaçqınların 64%-nin gəlir mənbəyi yoxdur

Yəməndəki qaçqın və məcburi köçkünlərin 64%-nin heç bir gəlir mənbəyi yoxdur.

Az.rasthaber.com xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) məlumat verib.

Səudiyyə Ərəbistanı başçılığındakı və Qərb tərəfindən dəstəklənən koalisiyanın Yəmən və onun xalqına qarşı işğal və təcavüzü nəticəsində çox sayda insan öz evlərini tərk etməli, nəticədə də hər şeyindən məhrum olub.

Hər 3 məcburi qaçqın ailəsindən ikisi sağ qala bilmək üçün mübarizə aparır. Müharibə səbəbi ilə insanların qida rasionu və həcmi olduqca azalıb.

Dünyadakı ən böyük humanitar və iqtisadi böhranlardan birinin yaşandığı Yəməndə ölkə əhalisinin böyük əksəriyyətinin yardıma ehtiyacı var.

Xəbəri paylaş

VİDEOLAR