Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Qəzzada xəstəxanaların birbaşa hədəf almasını, təhdid və mühasirəyə almasını yaxından izlədiklərini bildirib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, İsrailin Qəzzadakı xəstəxanaları birbaşa hədəf alması hərbi cinayətdir.
BMT-nin böhran başlayandan bəri bu məsələyə toxunduğunu və öz brifinqlərində qeyd etdiyini bildirən Dujarrik deyib: "Məsələyə ciddi diqqət yetiririk. Biz xəstəxanaların qorunmalı olduğunu, qarşıdurmada istifadə edilməyəcəyini, hədəf alınmaması və qarşıdurma vasitəsi kimi istifadə edilməməsi lazım olduğunu bildiririk. Bunun üzərində dayanmağa davam edəcəyik''.