BMT TŞ Qəzza ilə bağlı qətnamənin səsverməsini yenə təxirə salıb

BMT TŞ Qəzza ilə bağlı qətnamənin səsverməsini yenə təxirə salıb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzaya humanitar yardımla bağlı müzakirələrin aparıldığı, lakin razılıq əldə olunmayan qətnamə layihəsinin səsverməsi dördüncü dəfə təxirə salınıb.

Az.rasthaber.com xəbər verir ki, BMT mənbələrindən əldə edilən məlumata görə, bu gün axşam saatlarında qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT TŞ üzvlərinin qapalı iclasından sonra verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin Qəzza ilə bağlı son bir həftə ərzində təqdim etdiyi qətnamə layihəsi üzərində intensiv işlədiklərini bildirib.

Qrinfild qətnamənin qəbul ediləcəyi təqdirdə ehtiyacı olanlara humanitar yardım göstərəcəyini, tələb etdikləri dəyişikliklərlə birlikdə təqdim ediləcəyi təqdirdə qətnamə layihəsini dəstəkləyəcəklərini bildirib.

Lakin gözlənilən səsvermə yenə baş tutmayıb və dördüncü dəfə təxirə salınıb.

Xəbəri paylaş

VİDEOLAR