BMT TŞ İranda polisə edilən hücumu pisləyib

BMT TŞ İranda polisə edilən hücumu pisləyib

BMT-nin Təhlükəsizlik Şurası İranın Sistan və Bəlucistan vilayətində törədil esən terror aktını pisləyib

Rasthaberin xəbərinə görə, BMT-nin Təhlükəsizlik Şurası çərşənbə günü İranın Sistan və Bəlucistan vilayətində törədilən terror aktını pisləyərək vurğulayıb: “Terrorizm bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.”

BMT-nin Təhlükəsizlik Şurasının Sistan və Bəlucistandakı terror aktını pisləyən bəyanatında bildirilir: “Təhlükəsizlik Şurasının üzvləri 26 oktyabr 2024-cü ildə İranın Sistan və Bəlucistan əyalətinin Taftan şəhərinin Qohərkuh bölgəsində İran İslam Respublikasının Polis Komandanlığının patrul bölməsinə edilən qorxaq terror aktını qətiyyətlə pisləyir.” 

 “Ceyş əl-ədl” qruplaşmasının öz üzərinə götürdüyü bu hücumda İran polisinin 10 əməkdaşı faciəli şəkildə həaytını itiriblər.

Xəbəri paylaş

VİDEOLAR