BMT TŞ-dan Sionist Rejimə Daha Bir Zərbə: Ərəb diplomatları zalı tərk etdilər

BMT TŞ-dan Sionist Rejimə Daha Bir Zərbə: Ərəb diplomatları zalı tərk etdilər

BMT TŞ-dan Sionist Rejimə Daha Bir Zərbə: Ərəb diplomatları zalı tərk etdilər.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinin müzakirə edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında Sionist İsrailin daimi nümayəndəsi Gilad Erdan söz alanda onlarla diplomat ayağa qalxaraq zalın hər iki tərəfindəki çıxışlara yollanıb.

Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb. Qətnamə layihəsinin mətnində bu ifadə yer alıb: “Fələstinin BMT Baş Assambleyasının tamhüquqlu üzvü kimi qəbul edilməsi tövsiyə olunur”.

ABŞ-ın "xeyr" səs verdiyi qanun layihəsinə 12 "hə" və 2 "bitərəf" səsi verilib. İngiltərə və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” səs verib.

Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç biri “xeyr” və ümumilikdə 9 “hə” səsinin alınması lazım idi.

Xəbəri paylaş

VİDEOLAR