BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 iştirakçı ölkəsi İsraili İordan çayının Qərb sahilində və Qüds şəhərinin şərq hissəsində qeyri-qanuni yəhudi qəsəbələrinin salınmasına son qoymağa səsləyib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, həmin ölkələr Fransa, İrlandiya, Estoniya və Norveçdir.
İsrail ilə bağlı tənqidi bəyanatı Albaniya da dəstəkləyib.
Adıçəkilən 4 ölkə Qüdsün şərqində və Qərb sahilində, E1 və Givat-ha-Matos da daxil olmaqla, 3 mindən çox yaşayış vahidinin inşası planının həyata keçirilməsini dayandırmağa dair çağırış edib.
Qeyd edilib ki, yəhudi yaşayış məntəqələri beynəxalq hüquq nöqteyi-nəzərindən qanunsuzdur və Fələstin-İsrail münaqişəsinin yoluna qoyulmasına mane olur.
Həmçinin bu ölkələr Fələstinin 6 hüquq-müdafiə təşkilatının İsrail tərəfindən “terror təşkilatları” siyahısına daxil edilməsi ilə bağlı qərara görə də ciddi narahatlıqlarını ifadə edib.