“Sudanda atəşkəs rejiminə tam əməl edilmir”.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Aydındır ki, hələ də döyüşlər davam edir. Mən artıq BMT-nin Ümumdünya Ərzaq Proqramının Xartumdakı ofisinin talan edilməsini qeyd etmişəm", - Haq bildirib.
Sudanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə döyüşlər başlayandan 600-dən çox insan ölüb. O vaxtdan bir neçə dəfə atəşkəs yaratmağa cəhd edilib.