Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasındakı qarşıdurmalar nəticəsində ən azı 5 min insanın həyatını itirdiyini, 5 milyon insanın isə didərgin düşdüyünü bildirib.
Az.rasthaber.com xəbər verir ki, Sudandakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
BMT-nin Sudanda İnteqrasiya Keçid Yardım Missiyasının (UNITAMS) rəhbəri və baş katibin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes vəzifəsini tərk edəcəyini bildirərək, BMT Təhlükəsizlik Şurasında yekun bəyanatla çıxış edib.
Sudandakı tərəflərin beynəlxalq ictimaiyyətin xəbərdarlığına qulaq asmadığına diqqət çəkən Perthes deyib:
"Tərəflər davamlı olaraq təkrarlanan mötədil çağırışları dinləyib dialoqa üstünlük versəydilər, qarşıdurmanın qarşısı alına bilərdi".
Perthes, qarşıdurma başlayandan bəri ölkədə ən azı 5 min adamın öldüyünü, 12 min insanın isə yaralandığını açıqlayıb.
Real rəqəmlərin daha çox ola biləcəyinə işarə edən Perthes münaqişə tərəflərinin insan haqlarını və beynəlxalq humanitar hüququ pozduğunu bildirib.