BMT rəsmisi: Qəzzada humanitar yardım karvanlarına atəş açılıb

BMT rəsmisi: Qəzzada humanitar yardım karvanlarına atəş açılıb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini Qəzzada yardım karvanlarının atəşə tutulduğunu, BMT əməkdaşlarının saxlanıldığını və təhdid edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Filip  Lazzarini rəsmi internet səhifəsindəki paylaşımında bildirib. Filip Lazzarini İsrailin 2,3 milyon dinc sakinin ac və susuz qaldığı Qəzzadakı yardım fəaliyyətlərinə mane olduğunu qeyd edib.
İsrail rəsmilərinin BMT-nin Qəzzaya  göndərdiyi humanitar yardımların girişini əngəlləməyə davam etdiyini vurğulayan Filip Lazzarini, bu həftə Qəzzaya girməsinə icazə verilmədiyini vurğulayıb.
“Təkcə son iki həftə ərzində yardım karvanlarına atəş açılması, BMT əməkdaşlarının zorakılığa məruz qalması və saxlanılması, silahla hədələnməsi, nəzarət-buraxılış məntəqələrində yaşanan gecikmələr, konvoyların qaranlıqda hərəkət etməyə məcbur edilməsi və ya dayandırılması ilə bağlı 10 hadisə qeydə almışıq”,-deyə Filip Lazzarini vurğulayıb.

Filip Lazzarini Qəzzadakı aclığın qarşısını almaq üçün zamanla yarışın yaşandığı bir dövrdə bu hadisələrin dəfələrlə baş verdiyini vurğulayıb.

Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-dən etibarən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.
Hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 34 683 fələstinli həlak olub, 78 018 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR