BMT: Qəzzada xəstəxanaların çoxu sıradan çıxıb

BMT: Qəzzada xəstəxanaların çoxu sıradan çıxıb

Birləşmiş Millətlər Təşkilatına bağlı ofisin dərc etdiyi hesabata görə, Qəzza zolağında xəstəxanaların ən azı üçdə ikisi sıradan çıxıb.

Az.rasthbaer.com xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bir hesabatda Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-nün fəaliyyətini dayandırdığı barədə xəbərdarlıq edib.

Əl-Cəzirə şəbəkəsi xəbər verir ki, bu sənəddə yazılıb: “Qəzza zolağında səhiyyə sistemi davamlı döyüşlər və blokada səbəbindən dağılır və bu vəziyyət getdikcə daha çox xəstəxananın fəaliyyətini dayandırmasına səbəb olur”.

Hesabatının davamında bildirilir: “Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, 27 Mart Çərşənbə günü Qəzza zolağında ümumi 36 xəstəxanadan 24-ü fəaliyyətini tam dayandırıb, iki xəstəxana məhdud şəkildə işinə davam edir.

Xəbəri paylaş

VİDEOLAR