BMT: Qəzzada vəziyyət şəkillərdə gördüyünüzdən də çox pisdir!

BMT: Qəzzada vəziyyət şəkillərdə gördüyünüzdən də çox pisdir!

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Fələstin nümayəndəsi Dominik Allen Qəzzaya səfərindən sonra Qüdsdən video konfrans vasitəsilə Nyu Yorkda jurnalistlərə açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı vəziyyəti "kabus" olaraq xarakterizə edən Allen, dezinformasiya ilə yanaşı şiddətin də böyük problem yaratdığını ifadə edərək deyib:

"Sizi əmin edə bilərəm ki, Qəzzada vəziyyət təsəvvür etdiyinizdən və fotoşəkillərdə gördüyünüzdən çox pisdir".

Qəzzanı tərk edərkən 1 milyon qadın və qız üçün böyük qorxu və narahatlıq hiss etdiyini bildirən Allen Qəzzada olan görüntüləri təsvir etməyin belə mümkün olmadığını, insanların ac olduğunu və çox çətin vəziyyətdə olduğunu bildirib.

Allen qeyd edib ki, insanların hər gün həyat mübarizəsi apardığı Qəzzanın şimalında vəziyyət xüsusilə ağırdır.

Allen vəziyyətin xüsusilə hamilə qadınlar üçün çətin olduğunu bildirib: "Qəzzada hər yerdə qorxu var”. 

Qəzzada həkimlərin artıq normal çəkidə körpə ilə qarşılaşmadığına və ölü doğuşun adi hala çevrildiyinə diqqət çəkən Allen deyib:

"Bu səbəblə həkimlər də humanitar atəşkəs istəyir".

Anaların travma keçirdiyini qeyd edən Allen deyib:

"Uşaqlar kəfənə deyil, analarının qucağına sarılmalıdır".

"Qəzzada gördüklərimiz insani böhran deyil, bu, insanlığın böhrandır".

Xəbəri paylaş

VİDEOLAR