İsrailin hücumlarını davam etdirdiyi Qəzzada uşaqlar 90 faiz təmiz sudan məhrumdur.
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) rəsmi internet saytında paylaşılan hesabatda yazılır: “Qəzzada su şəbəkələri və kanalizasiya sistemi çökmə həddinə gəlib. Uşaqlar hər gün ancaq 1,5-2 litr su əldə edə bilirlər.
Humanitar yardım standartlarına görə, fövqəladə hallarda əsas ehtiyacları ödəmək üçün tələb olunan minimum su miqdarı gündə 15, sadəcə yaşamaq üçünsə ən azı 3 litrdir.
Qəzzada yanacaq qıtlığı və hücumlar nəticəsində zədələnmiş infrastrukturla əlaqədar uşaqlar susuzluq və qida çatışmazlığından əziyyət çəkir.
Şiddətli yağışlardan sonra vəba və xroniki ishal kimi su ilə yoluxan xəstəliklər yayılır.
5 yaşa qədər uşaqlar arasında aylıq ishal halları orta hesabla 20 dəfə artıb.
UNİCEF-in icraçı direktoru Ketrin Rasselin bu sözləri də hesabata daxil edilib: "Adekvat miqdarda təmiz suya çıxış təcili təmin olunmalıdır. Bu, ölüm-dirim məsələsidir. Qəzzada uşaqlar içməli su tapmaqda çətinlik çəkir. Təmiz su verilməzsə, yaxın günlərdə daha çox uşaq xəstəlikdən öləcək".
Avropa-Aralıq Dənizi İnsan Haqları Müşahidə Qrupu (Euro-Med) Qəzzada 1200 nəfərin 71 faizindən çoxunun həddindən artıq aclıqdan əziyyət çəkdiyini bildirib. Onların 98 faizi pis qidalanır”.