BMT: Qəzzada hər gün 37 uşaq öz analarını itirir

BMT: Qəzzada hər gün 37 uşaq öz analarını itirir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin 7 aydır hücumlarını davam etdirdiyi Qəzza zolağında hər gün 37 uşağın analarını itirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın X sosial media hesabında edilən açıqlamada bildirilib:

"Qəzzada müharibə qadınlara qarşı müharibə olaraq davam edir".

Açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzzada 10 min qadının öldürüldüyü, 19 min qadının isə yaralandığı bildirilib: "Hər gün 37 uşaq anasını itirir".

Açıqlamada aşağıdakılar qeyd olunub:

"155,000-dən çox hamilə və ya süd verən qadının su və gigiyena təchizatına çox məhdud çıxışı olduğu üçün şərait dəhşətlidir."

Xəbəri paylaş

VİDEOLAR