BMT-nin xüsusi məruzəçisi Balakrişnan Rajaqopal İsrailin məlumatlarına əsasən Qəzzada öldürülən fələstinlilərin sayının 400 mini keçdiyini iddia edib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi Balakrişnan Rajaqopal Qəzzada törədilən soyqırımda öldürülən fələstinlilərin sayının 400 mini keçdiyini açıqlayıb.
Sosial mediada İsrailin soyqırım məlumatlarına əsaslanan təhlili paylaşan məruzəçi bildirib ki, işğalçı İsrail ordusu Qəzzada mövcud məlumatlara görə 1,8 milyon insan olduğunu açıqlayıb.
Oktyabrın 7-dən əvvəl aparılan son siyahıyaalmada Qəzzada 2,3 milyon insanın yaşadığına diqqət çəkən BMT məruzəçisi blokadaya baxmayaraq, 100 min insanın qonşu ölkələrə getdiyi ehtimal edilsə belə, qalan 400 min insanın taleyi məlum olmadığını və ola bilsin ki, işğalçı qüvvələr tərəfindən öldürülüb.
Bu yaxınlarda dünyanın ən köhnə resenziyalı tibb jurnallarından biri olan The Lancet-də dərc olunan məqalədə Qəzzada ölənlərin sayının 200 mini keçə biləcəyi yazılıb. İsrailin iki ilə yaxındır davam edən hücumları nəticəsində Qəzzada binaların 90 faizi dağıdılıb. Binaların dağıntıları altında minlərlə cəsədin olduğu bildirilir.