BMT: Qarabağda ermənilərə qarşı zorakılıq faktı aşkar etmədik

BMT: Qarabağda ermənilərə qarşı zorakılıq faktı aşkar etmədik

Azərbaycanın Qarabağ bölgəsinə gedən Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etmədiyi və bölgədəki mülki infrastrukturların hədəfə alınmadığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik Azərbaycan hökumətinin dəvəti ilə BMT nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri barədə məlumat yayıb: “Nümayəndə heyəti regionda humanitar ehtiyacları müəyyən etməyə çalışdı. Heyətinin tərkibinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) nümayəndələri daxil idi.

BMT heyəti Laçın və Xankəndi şəhərindəki sərhəd-keçid məntəqəsinə baxış keçirdi və erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etmədilər. Bölgədəki mülki infrastrukturlar - xəstəxana, məktəb, ev, dini və mədəniyyət mərkəzlər hədəfə alınmayıb. Azərbaycan hökuməti səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi üçün işlər görür. Kənd təsərrüfatı sahələrinə və heyvanlara zərər dəyməyib.

Nümayəndə heyəti regiondakı erməni icmasının nümayəndələri ilə də görüşüb.

Bölgədə etimadın bərpası vacibdir. Bunun üçün bütün tərəflər səy göstərməlidir”.

Xəbəri paylaş

VİDEOLAR