Livan mediası BMT nümayəndəsinin Hizbullahın baş katibi ilə görüşmək istədiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın “Nida əl-Vətən” qəzeti məlumatlı diplomatik mənbələrin verdiyi məlumata görə, BMT-nin sionist rejim məsələlərinə cavabdeh olan xüsusi beynəlxalq nümayəndəsinin Livanın cənub sərhədlərindəki son hadisələrlə bağlı bəzi danışıqlar aparmaq üçün Livana gedəcəyini bildirib.
Bu qəzetin xəbərinə görə, BMT-nin bu nümayəndəsi Beyruta gedəndə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüş tələb edəcək.
Diplomatik mənbələrin açıqlamalarına görə, BMT-nin bu nümayəndəsi Seyid Həsən Nəsrullahdan, Əl-Qacar və Kefr-e-Şəba təpələrindən və Livanın Səba bölgələrinin bir hissəsindən geri çəkilmək üçün İsrailə BMT-nin təzyiqi ilə bağlı Hizbullahın mövqeyini soruşacaq və bu görüş baş tutsa, Seyid Nəsrullahın cavabından sonra Livan və İsrail sərhədlərindəki gedişat aydın olacaq.