BMT nümayəndəsi: Humanitar məsələlər siyasiləşdirilməməlidir

BMT nümayəndəsi: Humanitar məsələlər siyasiləşdirilməməlidir

BMT-nin Suriya üzrə Beynəlxalq Müstəqil Təhqiqat Komissiyasının üzvü Hanni Meqali Cenevrədə mətbuat konfransı keçirərək Qərbin Suriyaya tətbiq etdiyi sanksiyaların əhalinin əksəriyyətini, xüsusilə də yoxsul təbəqəni vurduğunu qeyd edib.

Az.rasthaber.com xəbər verir ki, Hanni Meqali deyib:

"Qərb ölkələrinin hökumətləri sanksiyaların Suriya əhalisi üçün nəticələrini dəyərləndirməlidir. Çünki elita çox yaxşı qorunur. Bu, cənub ölkələrində sanksiyalarla bağlı problemdir. Bu ölkələrin elitaları heç bir sanksiyaların təsirinə məruz qalmadı. Bu o qədər aydındır ki, bunu yoxlamaq üçün araşdırmaya ehtiyacımız yoxdur. 

Qərb Suriya əhalisinə birtərəfli sanksiyaların nəticələrini mütəmadi olaraq araşdırmalı, humanitar məsələlər siyasiləşdirilməməlidir.".

Xəbəri paylaş

VİDEOLAR