BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis Plasschaert İmam Hüseynin (ə) hərəmini ziyarət edib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin Kərbəla şəhərində olan xüsusi nümayəndəsi Jeanine Hennis Plasschaert, dünən İmam Hüseynin (ə) hərəmini ziyarət edib.
Plasschaert Kərbəla valisi Nasif Casim əl-Xəttab ilə də görüşüb.
Xatırladaq ki, Plasschaert BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anxel Moratinos ilə birlikdə Nəcəf şəhərinə son səfəri çərçivəsində şiə müsəlmanların böyük dini nüfuzu olan Ayətullah Seyid Əli Sistani ilə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında BMT nümayəndəsi bu görüşü “böyük hadisə” kimi qiymətləndirib.