BMT-nin baş katibindən qorxudan koronavirus açıqlaması

BMT-nin  baş katibindən qorxudan koronavirus açıqlaması

Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus epidemiyası ilə bağlı xəbərdarlıq edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus epidemiyası ilə bağlı xəbərdarlıq edib.
BMT-nin  baş katibi Antonio Quterreş  yeni növ koronavirusla bağlı deyib: ''Virusun xüsusilə dünyanın ən müdafiəsiz bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək''.
Antonio Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında dünyada yayılmağa davam edən koronavirusla bağlı bəyanatlar verib.

Virusun yalnız  insanlara deyil, qlobal iqtisadiyyata da mənfi təsir göstərdiyini  bildirən Quttereş  Beynəlxalq Əmək Təşkilatının virus səbəbindən dünyadakı işçilərin  3,4 trilyon dollar itkisinin ola biləcəyini vurğuladığını xatırladıb.
Milli səviyyədə görülən tədbirlərin qlobal səviyyədə yaşanan böhrana kifayət qədər faydasının olmadığını bildirən Antonio Quterreş G20 ölkələrinə koronavirusla mübarizədə inkişaf etməkdə olan ölkələrə kömək  etmələri ilə əlaqədar çağırış edib.

''Ən kasıb və müdafiəsiz  ölkələr ən ağır zərbəni alacaqlar. Virusun  xüsusilə  dünyanın ən müdafiəsiz  bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək. Ortaq bir düşmənimiz var və bir virusla mübarizə aparırıq'' -deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR