BMT-nin baş katibi İdlib atəşkəsinə münasibət bildirdi

BMT-nin baş katibi İdlib atəşkəsinə münasibət bildirdi

Rusiya və Türkiyə arasında İdlib atəşkəsinə BMT münasibət bildirib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş, Türkiyə və Rusiyanın birgə razılaşmasına əsasən İdlibdə elan edilən atəşkəsin “daimi” olmasına ümid etdiyini bildirib.

Quttereş BMT baş katibinin sözçüsü Stefan Dujarric vasitəsilə Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs mövzusunda “yüksək səviyyədə”' əldə edilən razılaşma ilə bağlı açıqlama verib.

Atəşkəsin dərhal tətbiq edilməsini, davamlı olmasını və Suriyanın şimal-qərbindəki vətəndaşların müdafiəsinə ümid etdiyini vurğulayan Quterreş BMT-nin nəzarəti altında siyasi danışıqlara qayıtmaqla bağlı çağırış da edib.

Xəbəri paylaş

VİDEOLAR