BMT-nin baş katibi: Bəşəriyyət əziyyət çəkir

BMT-nin baş katibi: Bəşəriyyət əziyyət çəkir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres yeni il üçün videomüraciət yayımlayıb.

Az.rasthaber.com xəbər verir ki, iqlim dəyişikliyi səbəbiylə dünyanın təhlükədə olduğunu və 2023-cü ilin rekordların ən isti ili olacağını xatırladan Quterreş insanların da yoxsulluq və aclıqdan əziyyət çəkdiyini bildirib.

Antonio Quterres, kimisə günahlandırmanın, hədəf almağın heç bir faydası olmadığına diqqət çəkərək deyib:

"İnsanlıq birlik içində hərəkət etdikdə güclüdür. 2024-cü il inam və ümidin yenidən qurulması ili olmalıdır".

Fərqlərin aradan qaldırılması ilə həll yollarının tapılmasının vacibliyini vurğulayan Quterreş, xüsusilə iqlim, iqtisadiyyat və ayrı-seçkiliklə mübarizə kimi sahələrdə hərəkətə keçmənin vacibliyinə diqqət çəkib.

"2023-cü il dəhşətli əzab, zorakılıq və iqlim xaosu ili oldu. Bəşəriyyət əziyyət çəkir", - deyən Quterreş BMT-nin sülh, davamlı inkişaf və insan haqları üçün səylərini davam etdirəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR