BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bunu təşkilatın Cenevrədəki mənzil-qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib. Onun sözlərinə görə, təkcə 9 yoluxma Cenevrədə qeydə alınıb.
Qeyd olunur ki, koronavirusa yoluxan əməkdaşlar BMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin İnsan Haqları üzrə Ali komissarının İdarəsinin, eləcə də Cenevrədəki mənzil-qərargahının əməkdaşlarıdır.