BMT: Myanmada müsəlmanlara qarşı addımlar soyqırım kimi qəbul edilə bilər

BMT: Myanmada müsəlmanlara qarşı addımlar soyqırım kimi qəbul edilə bilər

Rohincalılara qarşı soyqırımın olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirməlidir.

Rasthaber Azərbaycan xəbər verir ki, BMT Baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Adam Dyenq rohinca müsəlmanlarına qarşı hərəkətlərin məhkəmə tərəfindən soyqırımı kimi tanınma ehtimalını istisna etməyib.

A.Dyenq vurğulayıb ki, soyqırımın olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirməlidir. 

"Eyni zamanda, hansı qərarın çıxarılmasından asılı olmayaraq, zorakılıq edənlər məsuliyyətə cəlb olunmalıdır. Rohincalarla görüşmüşəm. İki dəfə Banqladeşdəki Koks-Bazarda olmuşam. Onları dinlədik. Müstəqil ekspertlər qrupu törədilənlərin soyqırımı kimi təfsir olunduğu qənaətinə gəldilər", - xüsusi müşavir deyib.

Xəbəri paylaş

VİDEOLAR