BMT Liviya sahillərində qeyri-qanuni miqrasiyanın qarşısını alan sənədin müddətini uzadıb

BMT Liviya sahillərində qeyri-qanuni miqrasiyanın qarşısını alan sənədin müddətini uzadıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv dövlətlərin və ya regional təşkilatların Liviya sahillərində miqrant və ya insan qaçaqmalçılığı şübhəsi yaradan gəmiləri yoxlamaq səlahiyyətini daha bir il uzadıb.

Az.rasthaber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 14 üzvü qərarın lehinə səs verib. Məlumata görə, Rusiya bitərəf qalıb.
Qeyd edək ki, sənəd Liviya sahillərində miqrant və ya insan qaçaqmalçılığı edildiyinə dair şübhənin yarandığı hallarda gəmilərin üzv dövlətlər və ya regional təşkilatlar tərəfindən yoxlanılmasına icazə verir. Məsələ ilə bağlı qərar ilk olaraq 2015-ci ilin 9 oktyabr tarixində qəbul edilib. BMT-nin baş katibi Antonio Quterreş Aralıq dənizi vasitəsilə Avropaya keçən miqrantların sayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 51 faiz artımın olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR