Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ilin əvvəlindən etibarən İsrailin işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində 112 fələstinlini öldürdüyünü açıqlayıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi tərəfindən hazırlanan hesabatda 2023-cü ilin əvvəlindən İsrail qüvvələri tərəfindən öldürülən və yaralanan fələstinlilərin sayı ilə bağlı məlumat verilib.
Hesabatda İsrail qüvvələrinin ilin əvvəlindən mayın 29-na qədər Şərqi Qüds və İordan çayının qərb sahilində 107 fələstinlini öldürdüyü, 4229 fələstinlinin isə yaraladığı bildirilib.
Fanatik yəhudilərin ilin əvvəlindən fələstinlilərə qarşı 409 hücum həyata keçirdiyi vurğulanıb. Bu hücumlarda 5 fələstinlinin öldüyü, 105 nəfərin yaralandığı bildirilib.
Hesabatda Şərqi Qüds və İordan çayının qərb sahilində 575 fələstinliyə məxsus evin İsrail qüvvələri tərəfindən dağıdıldığı qeyd edilib.