BMT: İsrailin Xan Yunisi təxliyə edilməsi çağırışı son dərəcə narahatedicidir

BMT: İsrailin Xan Yunisi təxliyə edilməsi çağırışı son dərəcə narahatedicidir

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı sionist İsrailin Qəzzanın cənubundakı Xan Yunisdə minlərlə insanı “ərazidən boşaldılması” çağırışından son dərəcə narahat olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR)-Fələstin ilə bağlı açıqlama verilib.

Bəyanatda deyilir: “Minlərlə insanın Xan Yunisdən təxliyə edilməsinin tələb olunmasından son dərəcə narahatıq. Bu, çox güman ki, kütləvi yerdəyişmə, əzab və ailə ayrılığına səbəb olacaq.".

Vurğulanıb ki, bu vəziyyət əhalinin ərzaq, su, sığınacaq və digər zəruri ehtiyaclarla bağlı ciddi çatışmazlıqlarla üzləşdiyi bir vaxtda baş verib.

Sionist İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial media platformasında verdiyi açıqlamada fələstinlilərdən Xan Yunis şəhərinin şərqindəki əraziləri təcili olaraq boşaltmalarını istəyib.

Şəhərin şərqindəki fələstinlilər İsrail ordusunun çağırışından saatlar sonra Əl-Məvasi bölgəsinə doğru köç etmək məcburiyyətində qalıb.

Xəbəri paylaş

VİDEOLAR