BMT: İsrailin Qəzzanın şimalını boşaltmaq əmri müharibə cinayətidir

BMT: İsrailin Qəzzanın şimalını boşaltmaq əmri müharibə cinayətidir

BMT-nin xüsusi məruzəçisi sionist hakimiyyət orqanlarının Qəzzanın şimalının boşaldılmasını müharibə cinayəti və beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi "Balakrişnan Rajaqopal" deyib: Sionist rejimin Qəzza zolağının şimalından bir milyondan çox insanı mənzil və sığınacaq və kifayət qədər humanitar yardım göstərmədən cənub bölgələrinə təxliyə etmək əmri fundamental beynəlxalq normaların və humanitar hüquqların açıq şəkildə pozulmasıdır.

O, sionist hakimiyyət orqanlarının Qəzzə sakinlərinə şimal bölgələrinin boşaldılması və onların cənuba köç etməsi əmrini beynəlxalq cinayət nümunəsi adlandırıb.

BMT-nin bu eksperti bəyan edib: Bu hərəkətlərin infrastrukturu və yaşayış evlərini sistematik şəkildə dağıdıb zədələdiyini və şəhəri sakinləri üçün yaşayış üçün yararsız hala gətirdiyini bilə-bilə hücumlar həyata keçirməyə davam etmək müharibə cinayətidir.

Xəbəri paylaş

VİDEOLAR